Kərimi Türkiyə yığmasına qarşı oynamayacaq
06.01.2014 - 18:32
Kərimi Türkiyə yığmasına qarşı oynamayacaq
“Turan” və “Rəvan”ın sabiq qapıçısı Davud Kərimi “Fəthiyəspor”un yoxlama oyununda iştirak edə bilməyəcək. Apasport.az saytının əldə etdiyi məlumata görə, qapıçı komandasının bu gün I dəstənin türk futbolçularından ibarət yığmasına qarşı keçirəcəyi görüşdə meydana çıxmayacaq.

Bunun səbəbi isə futbolçumuzun yaxınlarda övladının dünyaya gəlməsi və düşərgəyə digər futbolçulardan gec qoşulmasıdır. Ancaq Kərimi “Fəthiyəspor”un “Aydınspor”la yanvarın 8-də keçirəcəyi yoxlama oyununda meydanda olacaq.

Qeyd edək ki, Türkiyə millisinin məşqçilər heyətinin izləyəcəyi bu görüş bu gün bizim vaxtla saat 19:00-da başlayacaq.