“Qazonun iyi üçün darıxıram”
07.01.2014 - 00:02
“Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedevin apasport.az saytına müsahibəsi
- Sabah (müsahibə dünən götürülüb – red.) Antalyaya təlim-məşq toplanışına yollanacaqsınız. Topaz Premyer Liqasında keçirdiyiniz 2 həftəlik istirahəti necə dəyərləndirdiniz?
- Sözün həqiqi mənasında, yaxşı dincəldim. Son illərdə fasiləni belə maraqlı keçirə bilmirdim. Ailəmlə birgə xarici ölkələrdə olduq, dostlarıma baş çəkdim. Belə deyim də, yaxşı vaxtım oldu.
- Hansı xarici ölkələrə baş çəkdiniz?
- Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinə - Dubay şəhərinə, sonra Rusiyaya yollandıq. Çünki orada dost-tanışımız çoxdur. Yeni ilə qədər orda qaldıq. Bayramı isə Bakıda keçirdik. Sonra yenidən Rusiyaya qayıtdıq və daha 3 gün orada dincəldik.
- Necə düşünürsüz, çempionatın yorğunluğunu tam ata bilmisinizmi?
- Çalışdım ki, psixoloji baxımdan özümü II dövrəyə hazırlayım. Buna görə də futboldan tam ayrı bir mühitdə dincəldim. Antalya toplanışına özümü yaxşı hazırlamışam. Elə vəziyyət yarandı ki, istər-istəməz top üçün, qazonun iyi üçün darıxmağa başlayıram. Sabahdan isə məşqlərimizi bərpa edəcəyik və çempionatın çətin mərhələsinin hazırlığına başlayacağıq.
- Deyəsən, istirahət vaxtı yüngül məşqlərə vaxt ayırmamısınız?
- Yeni ilə qədər heç nə etmədim. Digər işlərimi gördüm. Bayramdan sonra isə uşaqlarla futzal oynamaqla, yüngül hərəkətlər etməklə özümü məşqlərə hazırlamışam. Sırf ağır məşqlər olmasa da, özüm üçün müəyyən qədər məşq etdim.
- Fasiləyə lider yollanmağınız işinizdən razı qalmağınıza şərait yaradıb?
- Zirvədə olmağımız zəhmətimizin bəhrəsidir. Ancaq indiki məqamda bu amil heç nəyi həll etmir. Bizi daha çətin bir mərhələ gözləyir. Ağır oyunlarımız var, onlara hazırlaşmalıyıq. Birinci yerə yüksəlmək çətin deyil, orda qalmaq çətindir. Bütün rəqiblərimiz bizdən xal almağa çalışacaq. Ən yaxın izləyicilərimiz olan “Qəbələ” və “Neftçi” isə bizi geridə buraxmaq istəyəcək.
- “Qarabağ”ın güclənməsinə ehtiyac varmı?
- Heyətimiz pis deyil, amma güclənməyimizə ehtiyac var. Çünki arxada qalan oyunlar göstərdi ki, bu heyətlə də müəyyən problemlər yaşayırıq. Bəzilərimiz sabit oynaya, digərimiz isə bir oyunda fərqlənib, digərində bunu bacara bilmirik. Komandaya yeni oyunçu qoşulsa, daha yaxşı olar. Belədə rəqabət də artacaq. Həm də güclənəcəyik. Hamı istəyəcək ki, ilk “11-lik”də çıxış etsin.
- Sabit oynamamaq nədən irəli gəlir?
- Arxayınlaşma olur. Tutaq ki, “Qəbələ” və “Neftçi” kimi əsas rəqiblərimizi uduruq və bunun eyforiyasına qapılırıq. Səhərisi çıxıb ya AZAL-a uduzuruq, ya da “Rəvan”la heç-heçə edirik. Bu isə problem yaradır. Bunun qarşısını almaq üçün yeni futbolçular lazımdır. Həmin vaxt onlar oyuna qoşulmaqla yeni nəfəs gətirmiş olacaqlar, dönüş edəcəklər. Çünki onlardakı istək əvvəlki oyunda meydana çıxanlardan daha çox olacaq.

0
0