“Qalatasaray”ın yeni transferi İstanbula gəldi - FOTO
06.01.2014 - 20:35
“Qalatasaray” “Qarsshoper”dən transfer etdiyi İzzət Hayroviç bu gün İstanbula gəlib. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçini bir qrup “sarı-qırmızılı” azarkeş qarşılayıb.
Məlumatlara görə, Hayroviç sabah tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə 4.5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Bosniya və Herseqovina millisinin də üzvü olan gənc futbolçu 2009-cu ildən İsveçrə klubunda çıxış edir. O, cari mövsüm komandası ilə 15 matçda iştirak edib və 6 qol vurub.

0
0