Karlosdan iddialı açıqlamalar: “Fənərbaxça”dan daha yaxşı oynayırıq
06.01.2014 - 21:58
Azərbaycan millisinin futbolçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” klubunun baş məşqçisi Roberto Karlos cari mövsümdəki çıxışları ilə bağlı iddialı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, “uefa.com”a danışan braziliyalı çalışdırıcı hazırda 5-ci sırada qərarlaşan komandasının Türkiyə Superliqasının lideri “Fənərbaxça”dan daha yaxşı oyun nümayiş etdirdiyini deyib:
“Fənərbaxça” birinci dövrədə daha çox xal topladı, amma “Sivasspor” daha yaxşı oynadı. Bu ancaq mənim fikrim deyil, bütün Türkiyə bunu söyləyir. Cari mövsümü 3-cü yerdə başa vurmaq istəyirik. Komandam ikinci dövrədə də mübariz və istəkli oyununu davam etdirəcək”.
40 yaşlı çalışdırıcı futbolun çox sadə oyun olduğunu bildirib: “Ancaq meydana çıxar və qazanmaq istəyini nümayiş etdirərsən. Əlbəttə ki, baş məşqçinin bir mentaliteti var və futbolçuları da bunu meydanda göstərməlidir. Mənim fəlsəfəm qazanmaq, qazanmaq və qazanmaqdır. Karyeram bu cür keçdi və “Sivasspor”da da bunu davam etdirmək istəyirəm”.
Qeyd edək ki, hazırda Türkiyə Superliqasında birinci dövrə başa çatıb və “Sivasspor” 29 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır. Onun lider “Fənərbaxça” ilə arasında 12 xal fərq var.

0
0