Məşhur italiyalı hücumçu karyerasını başa vurur
06.01.2014 - 22:33
“Udinez”nin hücumçusu Antonio Di Natale futbolçu karyerasını başa vuracaq. Apasport.az saytının xəbərinə görə, 36 yaşlı forvard bu barədə İtaliya A Seriyasının XVIII turundakı (bu gün) “Verona” matçından sonra deyib.
O, cari mövsümün sonunda futbolla vidalaşacağını deyib: “Artıq qərar qəbul olunub. Mən bu barədə ailəm və agentimlə də danışmışam. Hər şey iyunda başa çatacaq. Bu mənim son mövsümümdür”.
Qeyd edək ki, 2004-cü ildən “Udineze”də çıxış edən Di Natale 2002-2012-ci illər ərzində də İtaliya millisinin formasını geyib. O, 2010-cu ildə ilin futbolçusu seçilib və 191 qolla “Udineze” tarixinin ən yaxşı bombardiridir.

0
0