“Borussiya” Levandovskinin əvəzləyicisini tapdı
06.01.2014 - 23:20
“Borussiya” Levandovskinin əvəzləyicisini tapdı
Hüçumçusu Robert Levandovskini “Bavariya”ya satan “Borussiya” onun əvəzləyicisini tapıb. Apasport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, dortmundlular “Aston Villa”nın gənc futbolçusu Kristian Bentekeyə elçi düşüb.

Məlumatlara görə alman klubu 23 yaşlı forvardla Levandovskinin yerini doldurmaq fikrindədir. İngiltərə təmsilçisi isə belçikalı üçün 20 milyon funt-sterlinq tələb edir.

Qeyd edək ki, Levandovski yaxın günlərdə “Bavariya” ilə 5 illik müqavilə imzalayıb. Ancaq, o, cari mövsüm başa çatdıqdan sonra Münhen klubuna keçəcək.