Güvenç Kurtar “Rəvan”la müqavilə imzaladı
07.01.2014 - 00:30
Güvenç Kurtar “Rəvan”la müqavilə imzaladı
"Rəvan” yeni baş məşqçisi Güvənc Kurtarla münasibətlərini rəsmiləşdirib. Apasport.az klub saytına istinadən xəbər verir ki, ötən gün Türkiyənin sayılıb-seçilən mütəxəssisi ilə müqavilə imzalanıb. Müqavilə 1 il müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, futbolçu karyerası ərzində "Beşiktaş”, "Mersin İdman Yurdu”, "Bursaspor”, "Altay” və "Kocaelispor”da çıxış etmiş 63 yaşlı mütəxəssis məşqçiliyə 1990-cı ildə başlayıb. İlk iş yeri "Darıca Gənclərbirliyi” olan Kurtar daha sonra "Kocaelispor”, "Sarıyer”, "Petrolofisi”, "Əskişəhərspor”, "Zeytinburnuspor”, "Diyarbəkirspor”, "Elazığspor”, "Akçaabat Sebatspor”, "Çaykur Rizəspor”, "Dənizlispor”, "Bursaspor”, "Altay” və "Adana Dəmirspor”da fəaliyyət göstərib.