“İnter” Antalyada ilk məşqini keçirdi - FOTOSESSİYA
07.01.2014 - 02:33
“İnter” Antalyada ilk məşqini keçirdi - FOTOSESSİYA
Məlumat verdiyimiz kimi, "İnter" təlim-məşq toplanışı keçirmək məqsədilə Türkiyənin Antalya şəhərinə gedib. Apasport.az klub saytına istinadən xəbər verir ki, “bankirlər” ötən gün qardaş ölkədə hazırlıqlara başlayıb.

Toplanışın birinci günü iki məşq prosesini əhatə edib. Futbolçular səhər baş tutan çalışmalara trenajor zalından başlayıblar. Daha sonra meydana çıxıblar. Fiziki xarakterli məşq isinmə hərəkətlərindən, müxtəlif məsafələrə qaçışdan və digər fiziki hərəkətlərdən ibarət olub.

Axşam məşqində isə futbolçular daha çox topla məşq ediblər, sonra ikitərəfli oyun keçiriblər.

Qeyd edək ki, Bu gün də iki məşqin keçirilməsi planlaşdırılır.