“Qəbələ” Türkiyədəki məşqlərinə start verdi - FOTOSESSİYA
07.01.2014 - 03:25
“Qəbələ” Türkiyədəki məşqlərinə start verdi - FOTOSESSİYA
2013-2014 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində keçirəcək "Qəbələ" bu gün qonşu ölkədə ilk məşqinə çıxıb. Apasport.az-ın klub saytına istinadən məlumatına görə, Yuri Syominin başçılığı altında baş tutan məşqə yeni transferlər - Ruslan Tağızadə və Rafael Santosla yanaşı uzun zamandır zədə üzündən yaşıl meydanlardan uzaq düşən Rail Məlikov da qatılıb. Əməliyyatdan sonra bərpa prosesi keçən Sadiq Quliyev isə komandadan ayrı çalışıb. Onun bir həftə sonra kollektivlə birlikdə hazırlıqlara qatılacağı gözlənilir.

Günü iki məşqlə qapayan komanda günün birinci yarısında əsasən topsuz çalışmalara üstünlük verib. İkinci məşqdə isə toplu çalışmalar üstünlük təşkil edib. Günə ikitərəfli oyunla yekun vurulub.