“Roma” belçikalı futbolçusuna qovuşdu
07.01.2014 - 04:22
“Roma” belçikalı futbolçusuna qovuşdu
“Roma” “Kalyari”nin futbolçusu Rac Nainqqolanı heyətinə qatıb. Apasport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, hər iki klub 25 yaşlı yarımmüdafiəçi üçün razılığa gəlib.

Belə ki, paytaxt təmsilçisi bu keçidi reallaşdırmaq üçün 9 milyon avro ödəyəcək. Nainqqolanın isə yeni komandasında illik 1.5 milyon avro maaş alacağı deyilir.

Qeyd edək ki, Belçika millisinin də üzvü olan təcrübəli futbolçu 2010-cu ildən “Kalyari”də çıxış edir. O, “Roma”dan əlavə, digər İtaliya klubları - "İnter, "Milan", "Yuventus" və “Napoli”nin də transfer hədəfində idi.