“Qalatasaray”dan növbəti transfer
07.01.2014 - 07:50
“Qalatasaray” Aleks Telyes və İzzət Hayroviçdən sonra növbəti transferini reallaşdırıb. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu “Bucaspor”un gənc futbolçusu Umut Gündoğanı heyətinə qatıb.
“Cim-Bom”un 23 yaşlı yarımmüdafiəçi üçün PTT 1-ci Liqa təmsilçisinə 600 min avro və iki futbolçu verəcəyi deyilir. Bundan əlavə, “sarı-qırmızılılar” Buca klubu ilə İzmir şəhərində hazırlıq matçı keçirəcək və əldə olunan gəlirlərin hamısı rəqibə veriləcək.
Qeyd edək ki, Belçikanın Brüssel şəhərində anadan olan Gündoğan “Anderlext” futbol məktəbinin yetirməsidir. O, cari mövsüm komandası ilə 18 matça çıxıb və 5 qol vurub.

0
0