“Rubin”in yeni baş məşqçisi bəlli oldu
07.01.2014 - 10:13
Azərbaycan milli komandasının üzvü Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” klubunun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kazan təmsilçisini Stanislav Çerçesov çalışdıracaq.
50 yaşlı rusiyalı mütəxəssisin digər Premyer Liqa klubu “Amkar”la müqaviləsi olsa da, o, permlilərlə vidalaşıb, “Rubin”ə rəhbərlik edəcək.
Qeyd edək ki, ötən il dekabrın 20-də Tatarıstan Respublikasının prezidenti və “Rubin” klubunun Qəyyumlar Şurasının sədri Rüstəm Minnixanovun iştirakı ilə baş tutan toplantıda komandanın cari mövsümdəki uğursuz çıxışı müzakirə olunub. Yekunda baş məşqçi Kurban Berdıyevlə yanaşı, klubun baş direktoru Andrey Qromov və vitse-prezident Kamil İsxakovun tutduqları vəzifədən azad edilməsi ilə bağlı qərar qəbul edilib.

0
0