Fatih Terim baxdı, Kəriminin komandası yığmanı darmadağın etdi
07.01.2014 - 10:26
Davud Kəriminin şərəfini qoruduğu “Fəthiyəspor” dünən Antalyada ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Əmirhan İdman Kompleksində keçirilən matçda Muğla təmsilçisinin rəqibi Türkiyənin I dəstəsinin 13 klubunun yerli oyunçularından yığılma komandası olub.
Görüşü Türkiyə millisinin baş məşqçisi Fatih Terim, digər klub çalışdırıcıları, menecerlər və mətbuat da izləyib. Bu oyunda övladı dünyaya gələn Davud Kərimi düşərgəyə gec qoşulduğu üçün “18-lik”də olmayıb. Qapını yenə Kamerun millisinin ehtiyat qapıçısı Sammi Ncok qoruyub. İlk hissəsi qolsuz başa çatan görüşə gəlincə, yığma komanda hesabda olsa da, “Fəthiyəspor” əzmkarlıq nümayiş etdirərək qalib gəlib – 4:1.
Qeyd edək ki, “Fəthiyəspor” növbəti yoxlama oyununu sabah “Aydınspor”la keçirəcək. Türkiyənin II dəstə təmsilçisi ilə görüşdə qapını Davud Kəriminin qoruyacağı gözlənilir.

0
0