35-ci qol
07.01.2014 - 11:08
35-ci qol
Azərbaycan milli komandasının Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə buraxdığı qolların sayı 35-ə çatıb. Apasport.az saytının məlumatına görə, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən yarışda Çexiyaya 0:2 hesabı ilə uduzan U-19 yığmamız 9-cu məğlubiyyətini alıb.

2009-cu ildən başlayaraq ənənəvi turnirin iştirakçısına çevrilən millimiz ardıcıl 6-cı dəfə qatıldığı yarışda 4 qələbə qazanıb, 10 heç-heçə edib və 9 qarşılaşmada məğlubiyyətə üzülüb. Yığmamız keçirdiyi 23 görüşdə 20 qol vurub və 35-ni buraxıb.

Qeyd edək ki, Nikolay Adamın yetirmələri sabah qrup mərhələsinin son oyununda Yaponiya ilə üz-üzə gələcək.