“Belenenseş”in futbolçusuna Azərbaycandan dəvət
07.01.2014 - 11:45
“Belenenseş”in futbolçusuna Azərbaycandan dəvət
Portuqaliyanın “Belenenseş” klubunun futbolçusu Kay Azərbaycan klublarının maraq dairəsinə düşüb. Apasport.az saytının məlumatına görə, Kabo-Verde yığmasının sabiq müdafiəçisi Pireney yarımadasını tərk etmək haqda düşünür. Bu məqsədlə də 26 yaşlı futbolçu Azərbaycan, Anqola və Yunanıstan klublarından aldığı təklifləri götür-qoy edir.

Tam adı Karluş Silveyra da Qrasa olan mərkəz müdafiəçisinin 2012-ci ildən formasını geydiyi klubu tərk etmək arzusuna səbəb isə Qonzalo Brandaounun icarəyə götürülməsidir. İtaliya “Parma”sından gələn portuqaliyalı ilə rəqabətin çətin olacağını dərk edən Kay xoşbəxtliyini başqa klubda axtarmaq niyyətindədir.

Qeyd edək ki, müdafiəçi 2002-05-ci illərdə “Benfika”nın yeniyetmə komandasının üzvü olub.