“Azərbaycanla matçda sona kimi oynayaraq hesabı bərabərləşdirməyi bacardıq”
07.01.2014 - 12:10
“Azərbaycanla ötən oyunda biz azlıqda qalmışdıq”. Apasport.az saytının məlumatına görə, bunu 1996-cı il təvəllüdədək futbolçulardan ibarət Yunanıstan yığmasının baş məşqçisi Teodoros Paxaturidis deyib.
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə millimizin yer aldığı C qrupunda Yaponiya Yunanıstanı məğlub etməklə qrup birinciliyini özü üçün təmin etdi. Millimizlə oyunun son dəqiqələrində qapımıza yol tapan yunanlar bu dəfə asiyalılarla görüşdə özləri son saniyələrdə top buraxdılar. Məhz sonradan ən yaxşı futbolçu kimi mükafat alan müdafiəçi Ryosuke Sindonun cərimə zərbəsindən vurduğu qol görüşdə yaponlara qələbə qazandırdı.
Paxaturidis millimizə vurduğu qol və Yaponiyadan buraxdıqları top haqqında verilən suala belə cavab verib: “Azərbaycanla matçda biz sona kimi oynayaraq hesabı bərabərləşdirməyi bacardıq. Ancaq Yaponiya ilə qarşılaşma bizim üçün üzücü oldu. Bizim qapıçımız penaltini dəf etsə də, sonda qol buraxdıq və buna görə heç nə etmək olmazdı. Çünki cərimə zərbəsindən çox yaxşı qol vuruldu və qapıçımız sadəcə onu dəf etməyi bacara bilməzdi”.
Qeyd edək ki, millimiz sabah saat 12:00-da qrup lideri Yaponiya ilə qarşılaşacaq. Millimiz qələbə qazanacağı halda, digər oyunun nəticəsindən asılı olaraq qrup ikincisi ola bilər.

0
0