“O qədər qəribə şeylər baş verir ki...”
07.01.2014 - 12:21
“Xəzər Lənkəran” klubunun braziliyalı futbolçusu Vanderson Skarduellinin apasport.az saytının Antalyaya ezam olunan əməkdaşına müsahibəsi
- Komanda 2 həftəlik fasilədən sonra məşqlərə start verdi. İstirahətdən necə yararlandınız?
- Bu fasilə bizim üçün çox önəmli idi. Həmin müddət ərzində ailəmin yanına getdim, Yeni ili qeyd etdik, dostlarımla görüşdüm. Bir sözlə, istirahət müddətindən lazımınca yararlandım. Elə ona görə də, təlim-məşq toplanışına daha istəkli və motivasiyalı gəlmişik. Yaxşı hazırlaşıb, uğurlu nəticələr əldə etməliyik.
- Topaz Premyer Liqasında arxada qalan II dövrəni necə dəyərləndirərdiniz?
- İlk 2 dövrədə çox şeylər baş verdi, istədiyimiz nəticəni əldə edə bilmədik. Ancaq fasilədən sonra fərqli qrafik cızmağımız üçün heç bir problem olmamalıdır. İndi deyək ki, filan titulu qazacağıq, bu, düz olmaz. Müəyyən çatışmazlıqları yoluna qoymalı, oyun keyfiyyətini yüksəltməli, bir ailə kimi olmalıyıq. Bunları bacarsaq, nəticələr də öz-özünə gələcək. İşimizə bu düşüncə ilə yanaşsaq, uğur qazanacağıq.
- Bu vaxt ərzində sadaladığınız problemləri həll etmək üçün nə çatışmırdı ki?
- İstəməzdim keçmişə qayıdım. Yaşananlar yaşanıb, bitib. İrəli baxmaq lazımdır. Yeni məşqçinin öz fəlsəfəsi ilə bizi uğura daşıyacağını düşünməliyik. Ağlımızda ancaq pozitiv şeylər olmalıdır.
- Komandanız keçirdiyi 18 oyunda 24 top buraxıb. Müdafiə xəttinin çıxışının bərbad vəziyyətdə olması fikri ilə razısınız?
- Çox qol buraxdığımız üçün yalnız müdafiə xəttini günahlandırmaq düzgün olmazdı. Nə qədər qol vəziyyətlərini boşa verdiyimizi də unutmayaq. Komanda uduzursa, hamının səhvidir. Oyunumuzda çox şey çatışmırdı. Vəziyyəti dəyişmək üçün hər birimiz özümüzü bütünlüklə işə verməliyik.
- Artıq komanda mövsümün qalan hissəsinə türkiyəli Mustafa Dənizlinin rəhbərliyi altında hazırlaşır. Onunla əvvəlki baş məşqçiniz Con Toşak arasında hansı fərqlə var?
- Təbii ki, fərq var. Ancaq bu cür müqayisələri sevmirəm. Hər məşqçinin öz fəlsəfəsi, çalışma tərzi var. Bəzən bir məşqçinin iş üslubu hansısa komandaya uyğun gəlmir. Ona görə də, adlı-sanlı olsa belə, nəticə qazanmağı bacarmır. Dənizlinin tərzi bizə uyğundur. İnanıram ki, bu amil komandanın çıxışına öz töhfəsini verəcək. Bilirsiz, fərdi götürdükdə, hər bir futbolçumuzun səviyyəsi var. Ancaq komanda şəkilində hərəkət etməkdə problem yaşadıq.
- Sizcə, Dənizli hansı mövqeləri gücləndirməlidir?
- Buna baş məşqçi qərar verəcək. Yeni gələcək oyunçular komandanın gücünə güc qatacaqsa, bu amil bizim xeyrimizədir.
- Fasilə zamanı adınız Yunanıstan klublarından biri ilə yanaşı çəkildi. Bu, reklam xarakterli idi, yoxsa konkret təklif vardı?
- Allaha çox şükür ki, Yunanıstanda keçirdiyim 3 il ərzində yaxşı oyun nümayiş etdirdim. Ona görə də, bu günə kimi məni xatırlayırlar. Təkliflər həmişə olub, bu, reklam xarakteri daşımır. Mənimlə əlaqə saxlamışdılar, ancaq bildirdim ki, “Xəzər Lənkəran”la müqaviləm var, burada görüləsi işlərim çoxdur. “Xəzər Lənkəran”la titul qazanmaq istəyirəm. Bura böyük hədəflər üçün gəlmişəm. Ən böyük arzum çempion olmaqdır.
- Hazırda komandanız turnir cədvəlində 8-ci pillədə qərarlaşıb, lider “Qarabağ”dan 14 xal geridə qalır. Buna rəğmən, siz çempionluğa inanırsız?
- Futbolda çox şeylər görmüşəm. Elə komanda olub ki, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb, ancaq ardıcıl 10 matçda qalib gələrək, titula sahib çıxıb. O qədər qəribə şeylər baş verir ki... Qarşıda hələ 18 tur var. Çempion olacağımıza inanmayandan sonra niyə buradayıq, niyə məşq edirik ki? İnam yoxdursa, mübarizə aparmağı mənası da qalmaz.
Müsahibənin alınmasında göstərdiyi köməkliyə görə, “Xəzər Lənkəran”ın tərcüməsçisi Elvar Quliyevə təşəkkür edirik.

0
0