“Bakı” “Styaua” ilə qarşılaşacaq
07.01.2014 - 12:28
Qış fasiləsini İspaniyada keçirəcək “Bakı” klubunun yoxlama oyunlarındakı rəqiblərindən biri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, paytaxtın eyniadlı təmsilçisi Rumıniyanın “Styaua” klubu ilə üz-üzə gələcək.
Vaxtilə Çempionlar kubokunu və UEFA Superkubokunu başı üzərinə qaldıran Buxarest təmsilçisi ilə qarşılaşma yanvarın 20-də keçiriləcək. Marbelya stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, 24 qat Rumıniya çempionu ötən qış digər təmsilçimiz “Qəbələ” ilə qarşılaşmışdı. Həmin matçda qəbələlilər Dodonun vurduğu qolla qalib gəlmişdi – 1:0.

0
0