“Qarabağ” bu gün Türkiyəyə gedir
07.01.2014 - 12:40
“Qarabağ” 2014- cü ilə start verir. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Premyer Liqanın 2-ci yarısının hazırlıqları üçün bu gün toplanır.
Ağdam təmsilçisi çempionatda yaranmış fasilədən sonra bu gün yığışaraq birbaşa təlim-məşq toplanışına yollanır. “Qarabağ” ilin ilk hazırlığı üçün Bakı – İstanbul – Antalya reysiylə qardaş ölkəyə hərəkət edəcək. Türkiyədə 19 günlük hazırlıq keçəcək komanda yanvarın 26-sı eyni reyslə də Bakıya qayıdacaq.
Qeyd edək ki, “Qarabağ” Türkiyə toplanışı zamanı yanvarın 19-da Buxarest “Dinamo”su, 23-də Semey “Spartak”ı ilə yoxlama oyunları keçirəcək. Yanvarın 22-si və 25-dəki rəqiblərin adlarına isə hələ aydınlıq gəlməyib.

0
0