AFFA U-17 Liqasının çempionunu Antalyaya göndərdi
07.01.2014 - 13:05
U-17 Liqasının 2012/2013-cü il mövsümünün qalibi olan “Qəbələ”nin 17 yaşadək futbolçulardan ibarət komandası Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır. Apasport.az saytının məlumatına görə, yanvarın 5-də start götürən və 12-dək davam edəcək hazırlıqlar AFFA-nın hesabına gerçəkləşir.
U-17 Liqanın qaliblərinin mükafatlandırılması mərasimində Əsasnaməyə uyğun olaraq, çempion olmuş komandaya qızıl medallar, diplom və kubokla yanaşı, AFFA-nın vəsaiti hesabına ölkə xaricində bir həftəlik təlim-məşq toplanışı keçirmək hüququ verən sertifikat da təqdim olunur.
Mənbə: affa.az

0
0