Dənizli avtobusu bəyənmədi
07.01.2014 - 13:48
Dənizli avtobusu bəyənmədi
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizli komandanın sərəncamına verilən avtobusu bəyənməyib. Apasport.az saytının Türkiyənin Antalya şəhərinə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, türkiyəli çalışdırıcı “ağ-yaşıllar”ın ixtiyarında olan nəqliyyat vasitəsinin durumundan narazılığını dilə gətirib.

Bundan sonra komandanı məskunlaşdığı “Ela Quality Resort” otelindən məşq meydançasına aparıb-gətirən avtobus yenisi ilə əvəzlənib.

Qeyd edək ki, yanvarın 4-də Türkiyənin Antalya şəhərinə yollanan “Xəzər Lənkəran” qardaş ölkədə 2 yoxlama matçı keçirəcək.