“Axı mən “Neftçi”nin baş məşqçisi olmuşam”
07.01.2014 - 14:22
“Axı mən “Neftçi”nin baş məşqçisi olmuşam”
Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela karyerasını aşağı dəstə təmsilçisində davam etdirməsindən narahatdır. Apasport.az saytının məlumatına görə, ötən ay 2-ci liqa təmsilçisi “Qraffin Vlaşim”lə anlaşan çexiyalı mütəxəssis yeni iş yerindən o qədər də məmnun deyil.

2007-ci ilin son 4 ayında Azərbaycana çalışan Petrjela indiki klubunun vaxtilə rəhbərlik etdiyi komandalar qədər güclü olmamasından narazıdır: “Əlbəttə ki, mənim kimi məşqçi üçün indi aşağı dəstədə çalışmaq bir az ağırdır. Axı mən vaxtilə ölkəmizdə və ondan kənarda - Azərbaycanda “Neftçi”, Rusiyada “Zenit”də ən yaxşı komandaların baş məşqçisi olmuşam. Lakin indi də yaşıma baxmayaraq, özümü yaxşı hiss edirəm”.

Qeyd edək ki, Petrjela bunadək təxminən 2 il işsiz qalmışdı.