Kurtar: Türkiyədən futbolçu transfer edə bilərik - MÜSAHİBƏ
07.01.2014 - 15:50
Bakının “Rəvan” klubunun baş məşqçisi Güvənc Kurtar Türkiyə mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, türk çalışdırıcı yeni klubundakı planlarından danışıb.
- Artıq yeni komandanız “Rəvan”ı məşqə də çıxarmısız. Yeni ölkə, yeni komanda haqda təəssüratlarınız necədir?
- Türkiyəyə qardaş ölkə olan Azərbaycana əvvəllər də gəlib-getmişəm. Burada özümü vətənimdəki kimi hiss edirəm. Bu duyğu da komandanın qurulmasında böyük əhəmiyyət kəsb edir.
- Azərbaycandan təklif alana qədər “Rəvan” haqda hər hansı məlumatınız var idi?
- Bəli. Azərbaycan futbolunu, çempionatını izləyirdim.
- Türkiyədən kənarda çalışmaq qərarınız nə ilə bağlıdır?
- Özümü vətəndən kənarda da göstərmək istəyirəm.
- Müqaviləniz hansı müddətə nəzərdə tutulub?
- Hələlik 1 illik anlaşma imzalamışıq. Əgər bu klubda işim uğurlu olarsa, müqaviləm uzadılacaq. Azərbaycan futboluna faydalı olmaq istəyirəm. Burada futbolçu yetişdirmək istəyirəm. Aşağı yaş qruplarına da önəm verəcəyəm. Milli komandaya da kömək edəcəyik. Bunların hamısını başımda planlaşdırmışam. Klub prezidenti və idarə heyəti ilə çox yaxşı anlaşaraq çalışırıq.
- “Rəvan”ı autsayderlər sırasından çıxara biləcəksinizmi?
- Əvvəl futbolçuların mənəvi durumunu düzəltməliyik. Bunun üçün oyunçularda özünəinamı bərpa etmək lazımdır. Biz də buna çalışacağıq. Uğur qazanmaq üçün yeni bir sistem qurmağı arzulayıram.
- Türkiyədən oyunçu transfer edəcəksinizmi?
- Türkiyədən futbolçu transfer edə bilərik. Lakin orada klubların maliyyə durumu daha yaxşı olduğundan türk oyunçular Azərbaycana üstünlük vermir. Əsas Azərbaycanda futbolçu yetişdirməkdir. Burada gənc futbolu yetişdirmək və hazırki oyunçuları daha yaxşı səviyyədə qaldırmaq bizim üçün daha faydalıdır.
- Bəs məşqçilər korpusunda həmyerliləriniz olacaq?
- “Rəvan”dakı köməkçilərim də türk çalışdırıcılar olacaq.

0
0