Abışovla Gökdəmirin qarşıdurması ləğv olundu
07.01.2014 - 16:48
Milli komandamızın futbolçusu Əli Gökdəmirin şərəfini qoruduğu “Hannover 96”nın yanvarın 16-da “Rubin”lə yoxlama oyunu alınmayacaq. Apasport.az saytının məlumatına görə, Ruslan Abışovun şərəfini qoruduğu Kazan təmsilçisinin baş məşqçi məsələsinə hələ aydınlıq gəlmədiyindən, bu matç baş tutmayacaq.
Yeni türk baş məşqçi Tayfun Korkut isə bu tarixdə həmyerliləri ilə yoxlama oyunu keçirməyə qərar verib. Beləliklə, “Hannover 96” həmin tarixdə “Fənərbaxça” ilə qarşılaşacaq. “Mardan” stadionunda baş tutacaq qarşılaşma həm də İstanbul klubu üçün “Neftçi” ilə görüşdən 2 gün öncəki sınaq olacaq.
Almaniya Bundesliqa təmsilçisi bundan 1 gün sonra, yanvarın 17-də isə digər Superliqa klubu ilə gücünü sınayacaq. “Hannover 96” “Kempinski” otelinin meydançasında Mustafa Dənizlinin “Xəzər Lənkəran”a gəlməzdən öncə çalışdırdığı son klub olan “Çaykur Rizəspor”la qarşılaşacaq.
Qeyd edək ki, yanvarın 9-dan 17-nə kimi Türkiyədə toplanışda olacaq “Hannover 96” ayın 12-də digər Bundesliqa klubu “Herta” ilə qarşılaşacaq. Əsas komanda ilə toplanışda iştirak edəcək Əli Gökdəmirin bu matçlarda meydana çıxacağı gözlənilir.

0
0