Stiv Olfers: Yenidən “Qəbələ”də oynamaq istərdim - MÜSAHİBƏ
07.01.2014 - 18:31
“Qəbələ”nin sabiq hollandiyalı müdafiəçisi Stiv Olfersin apasport.az saytına müsahibəsi
- Sizi Azərbaycandan narahat edirik. Hazırda hardasınız, nə işlə məşğul olursunuz.
- Azərbaycandan məni aradığınıza çox sevindim. Hazırda ailəmlə birgə Fransadayam. Euro Disney Parisdə (Parisdəki Disneylend belə adlanır – S.T.) ailəmlə istirahət edirəm.
- “Qəbələ”dən ayrıldıqdan sonra heç harda oynamamısınız. Olmaya karyeranızı başa vurmusunuz?
- Yox, karyeramı bitirməmişəm. Hələ 31 yaşım var. Düşünürəm ki, futbol oynamağa gücüm var. Sadəcə olaraq karyeramı davam etdirməyim üçün özümə klub axtarıram. Son olaraq Hollandiyada bir klubun düşərgəsində məşq edirəm.
- Bilmək olar, hansı klubdur?
- Hollandiyanın aşağı dəstəsini təmsil edir. “Telstar”la birgə məşq edirəm. Çünki bu klub evimə daha yaxındır.
- “Qəbələ”dən 2012-ci ildə ayrılmısınız. Bəs bu müddətdə nə əcəb sizə yaxın duran olmayıb?
- Hollandiya və başqa xarici klublardan bir neçə təkliflərim olub. Ancaq danışıqlar apardığımız həmin klublarla razılığa gələ bilməmişik.
- Maliyyə məsələlərinə görə anlaşa bilməmisiniz?
- Həm maliyyə, həm də idman nöqteyi-nəzərindən anlaşa bilməmişik.
- “Qəbələ”də 2 mövsüm oynamısınız. Heç həmin illəri xatırlayırsınız?
- Əlbəttə ki. Bunu unutmaq olar? Mən hələ də həmin illəri xatırlayıram. Yenidən orda futbol oynamaq istəyərdim. Ümumiyyətlə, futbol üçün çox darıxmışam.
- Heç “Qəbələ”də birgə oynadığınız futbolçularla əlaqə yaradıb həmin günlər haqqında danışırsınızmı?
- Orda oynadığım dövrdə mənimlə oynayanlardan bir neçəsi ilə əlaqələrim hələ də var. Demək olar ki, hər gün Deon Bartonla danışıram. İkimiz də “Qəbələ”dəki oynadığımız dövr üçün çox darıxmışıq. Eləcə də klub rəhbərliyi ilə yaxşı münasibətlərim qalmaqdadır.
- Nə vaxtsa Azərbaycana səfər etməyi düşünürmüsünüz?
- Bizim orda çoxlu fanatlarımız var. Ola bilər ki, nə vaxtsa ora gəlim. Ancaq yaxşı olardı ki, Azərbaycana yenidən futbol oynamağa gələrdim. Bakının bir neçə şəkillərini internetdən görmüşəm. Yeni tikilən binalar çox gözəl görünür.
- “Qəbələ”nin hazırkı vəziyyəti haqqında məlumatınız var?
- Bəli, xəbərim var. Komanda hazırda turnir cədvəlində 2-ci pillədədir. Bu isə komanda üçün çox yaxşı nəticədir.
- Komanda heç vaxt avrokuboklara çıxmağa bu qədər yaxın olmayıb. Niyə sizin vaxtınızda belə deyildi? Yoxsa nəticələr Toni Adamsın təcrübəsizliyindən qaynaqlanırdı?
- Bunun səbəbini bilmirəm. Ancaq onu bilirəm ki, biz onda kifayət qədər yaxşı oynamırdıq.
- “Qəbələ”yə gələn ilk hollandiyalı idiniz. Sizdən sonra daha 2 həmyerliniz bu komandaya qoşulub...
- Kollinz Con mənimlə bir vaxtda gəlib. Təəssüf ki, onun “Qəbələ”də işləri qaydasında getmədi və komandanı erkən tərk etməli oldu. Digər hollandiyalı futbolçu deyəndə, yəqin ki Lorentso Ebesilionu nəzərdə tutursunuz. Onun haqqında eşitmişəm. Amma “Qəbələ”də necə oynadığını bilmirəm.
- O, “Qəbələ”nin hazırda aparıcı oyunçularından biridir...
- Həmyerlim haqqında bunu eşitmək əladır. Əgər Conla mən orda iz qoymamışıqsa, heç olmasa onun Azərbaycanda Hollandiya futbolunu təmsil etməsi yaxşı haldır. Ebesilionun yaxşı istedadı var. Hər halda “Ayaks”ın yetirməsidirsə, onun “Qəbələ”yə çox köməyi dəyəcək.
Səbuhi TOFİQOĞLU

0
0