Toni Adams ölkəmizi İngiltərədən üstün tutdu - FOTOLAR
07.01.2014 - 19:07
“Bu cür möhtəşəm kompleksi açmaq mənim üçün şərəfdir. Uşaqların təhlükəsiz mühitdə bacarıqlarını nümayiş etdirməsi üçün buna oxşar çox yerlər açmağımız lazımdır”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin müşaviri Toni Adams deyib.
O bu gün İngiltərənin Straud şəhərciyində üstü örtülü futbol meydançasının açılışında iştirak edib. “Qəbələ”nin forması ilə qatılan Adams həmin vaxt avtoqraflar paylayıb və azarkeşlərlə şəkillər çəkdirib.
Hətta açılış zamanı söz də alan Adams ölkəmizin İngiltərəni belə qurğuların açılmasına görə qabaqladığını bildirib: “Əgər mənim əlimdə səlahiyyətlər olsaydı, mən ölkənin hər bir ərazisində belə bir komplekslər açdırardım. Biz ölkə olaraq geridə qalmışıq. Azərbaycanda bütün ölkədə bu cür qurğular tikilir”.
Qeyd edək ki, hazırda “Qəbələ”nin prezidenti Tale Heydərovun məsləhətçisi olan Toni Adams vaxtı ilə bu komandada baş məşqçi kimi də işləyib.

0
0