Cahangir Həsənzadə: Bir qədər qıcıqlanmışam - MÜSAHİBƏ
08.01.2014 - 00:02
AZAL klubunun qapıçısı Cahangir Həsənzadənin apasport.az saytına müsahibəsi
- Çoxdandır mətbuatda görünmürsünüz. Jurnalistlərdən qaçırsınız, yoxsa mətbuat sizinlə maraqlanmır?
- Diqqət mərkəzində olduğumu deyə bilmərəm. Ümumiyyətlə, mətbuatda görünməyi çox xoşlamıram.
- Bəlkə daha çox ehtiyatda qaldığınız üçün müsahibə vermək istəmirsiz?
- Oynayıb-oynamamağın bununla əlaqəsi yoxdur. Bu, sırf peşəkarlıqla bağlıdır. Mətbuatda görünmək istəməməyimə gəldikdə, bu xasiyyətimdən irəli gəlir.
- Cari mövsümün arxada qalan hissəsində cəmi 7 görüşdə iştirak etdiniz. Az oynamağınız nədən irəli gəlirdi?
- Baş məşqçinin seçimi belə idi. Başqa səbəb görmürəm. Kimə güvənib, kimə etibar edirsə, o da qapıda dayanır.
- İlk 7 turda “çərçivə”ni siz qorusanız da, sonradan ehtiyatda qaldınız. Deməli, bu oyunlarda kobud səhvləriniz olub...
- Hər halda, səhvlər olub ki, baş məşqçi məni ehtiyatda saxlayır. Qüsursuz oynasaydım, heyətdən kənarlaşdırılmazdım.
- AZAL-ın ən təcrübəli futbolçulardansınız. Hazırkı vəziyyət sizi nə dərəcədə qane edir?
- Əlbəttə, qane etmir. Ancaq hər şey özümdən asılıdır. Özümü göstərməli və sübut etməliyəm ki, bu yer mənimdir.
- Sübut edə biləcəksinizmi?
- Hər halda, çalışıram. Buna nə dərəcədə nail olub-olmayacağımı isə zaman göstərəcək.
- Ruh düşkünlüyü varmı?
- Niyə ki? Bu futbola aid vəziyyətdir. Əksinə, bir qədər də qıcıqlanmışam. Bu mənə əlavə stimul verir.
- 7 oyunda 10 top buraxmısınız. Bunu çox hesab edirsinizmi?
- Çoxdur. Buraxılan qollar içərisində səhvim üzündən qapıya daxil olanlar da var. Bir neçə qollar da oldu ki, onların qarşısını kəsmək mümkün deyildi. Ümumi götürdükdə, 10 top çoxdur.
- AZAL-ın 2 dövrə ərzindəki çıxışını necə dəyərləndirirsiniz?
- Bundan da yaxşı nəticə əldə etmək olardı. Qənaətbəxş hesab etmək olar. Son 2 matçı nəzərə alsaq, bu qarşıdakı oyunlarda üst sıralar uğrunda mübarizə aparmağımıza imkan verir. Xal ehtiyatımız 3-4-cü yerlər uğrunda yarışa biləcəyimizə işarədir. Çalışacağıq ki, buna nail olaq.
- AZAL-ı məqsədsiz komanda adlandırmaq olarmı?
- Çempionatın formatı elədir ki, xal ehtiyatımız Premyer Liqada yerimizi qorumaq üçün kifayətdir. Ancaq idman prinsipləri və ambisiyamız var. Qələbə qazanmaq üçün oynayırıq. Qələbələr sıralandıqca, turnir cədvəlindəki mövqeyimiz də yaxşılaşacaq. Ona görə də AZAL-ı məqsədsiz komanda kimi qələmə vermək olmaz. Bu cür qiymətləndirmə düzgün deyil. Hər kəsin, öz ambisiyası var.
- Məşqlərə başlamısınız. Fasilədən sonra necə təsir bağışlayırsınız?
- İki gündür məşq edirik. Kifayət qədər yaxşı təsir bağışlayırıq.
- 3-4-cü yerlərə iddialı ola biləcəyinizi dediniz. Ancaq həmin yerə göz tikən komandaların sayı az deyil. AZAL nə dərəcədə buna nail ola biləcək?
- Bu həm bizim, həm də onlar üçün nəzəriyyədir. Çempionat başlayanda bizi sonuncu pillədə görürdülər. Ancaq 4-5 turdan sonra lider olduq. Gözlənilməz nəticələrlə digər klubları üstələdik. Ümumiyyətlə, cari çempionatda gözlənilməz nəticələrlə çox rastlaşırıq.
- Hazırlıq keçmək üçün ölkə xaricinə yollanmamağınız sizə necə təsir edir?
- Bu da nəticəyə təsir edən amillərdəndir. Ancaq yayda da Bakıdan kənara çıxmadıq. Nəticə isə göz qabağındadır. Bu haqda məşqçilər korpusu düşünməlidir.
- Artıq 35 yaşınız var. Karyeranızı nə vaxt başa vurmağı düşünürsüz?
- Hələ oynayırıq. Nə vaxta qədər ehtiyac duyulsa, özümü normal hiss etsəm, oynayacam.

0
0