Balotelli: “Milan”da qalacam
07.01.2014 - 22:58
İtaliya millisinin və “Milan”ın ulduz futbolçusu Mario Balotelli qış transfer pəncərəsində klubdan göndəriləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan 23 yaşlı hücumçu “qırmızı-qaralar”dan ayrılmayacağını deyib:
“Mən “Milan”da qalacam. İndi sakit olmaq və dünya çempionatına hazırlaşmaq lazımdır”.
Qeyd edək ki, Balotelli ötən ilin yanvarında “Mançester Siti”dən “Milan”a transfer olunub. Milan klubunun prezidenti Silvio Berluskoni isə yaxın günlərdə açıqlama verərək gənc futbolçunu yanvarın sonunadək satacaqlarını demişdi.

0
0