Runi və van Persidən sonra Ferdinan da...
08.01.2014 - 00:35
Runi və van Persidən sonra Ferdinan da...
Son İngiltərə çempionu “Mançester Yunayted” növbəti dəfə ciddi itki ilə üzləşib. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, “qırmızı-şeytanlar”ın təcrübəli futbolçusu Rio Ferdinand zədələnib.

Belə ki, 35 yaşlı müdafiəçi “Suonsi” ilə İngiltərə Kuboku matçının 76-cı dəqiqəsində dizindən xəsarət alıb. Onun 2 həftə yaşıl meydanlardan uzaq qalacağı deyilir.

Qeyd edək ki, hazırda İngiltərə təmsilçisində Ueyn Runi və Robin van Persi kimi ulduz futbolçular da zədə səbəbindən komandasına kömək edə bilmir.