Abışovun komanda yoldaşı ingilis klubunun hədəfində
08.01.2014 - 01:33
Abışovun komanda yoldaşı ingilis klubunun hədəfində
Millimizin müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu “Rubin”in hücumçusu Salomon Rondon karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə Britaniya mətbuatı xəbər yayıb.

Belə ki, “Everton” 24 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Venezuela millisinin də üzvü olan Rondon 2012-ci ildə İspaniya “Malaqa”sından Kazan klubuna keçib.