“Qarabağ”ın legionerləri də komandaya qoşuldu
08.01.2014 - 03:02
“Qarabağ”ın legionerləri də komandaya qoşuldu
Ötən gün təlim-məşq toplanışı keçmək üçün Antalyaya yollanan “Qarabağ” artıq şəhərdədir. Apasport.az klub saytına istinadən xəbər verir ki, Premyer Liqanın 2-ci yarısının hazırlıqları üçün Türkiyədə olan komanda bu gün yeni ildə ilk məşqinə çıxacaq.

Ağdan təmsilçisi Bakı – İstanbul – Antalya reysi ilə hərəkət edib. İstanbulda legionerlərdən Corc Leroy, Nikolas Gelaşvili, Maurem Muarem, İbrahim Sehiç, Admir Teli də komandaya qoşulub. Yerli vaxtla 20:30-da təlim-məşq toplanışı zamanı məskunlaşacağı “İC Santai” otelinə çatan heyət yeməyin ardından heyət istirahətə çəkilib.

“Qarabağ”ın sabaha 2 məşqi nəzərdə tutulub. İlk məşq Bakı vaxtı ilə saat 13:00-a, ikincisi isə 19:00-a təyin olunub.