Millimiz son oyunda da məğlub oldu
08.01.2014 - 13:50
Millimiz son oyunda da məğlub oldu
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI turnirdə 1996-cı il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, komandamız C qrupdakı son oyunda Yaponiya ilə üz-üzə gəlib.

ilk oyununda Yunanıstanla 1:1 bərabərə qalan və ikinci matçda Çexiyaya 2 cavabsız qolla məğlub olan yığmamızı qrup lideri qarşısında da aciz qalıb. Çexləri 3:1, yunanları da 1:0 hesabı ilə üstələyən asiyalılar Nikolay Adamın yetirmələrini böyük hesabla məğlub edib – 4:1.

Bu gün eyni qrupdakı digər qarşılaşmada isə Çexiya və Yunanıstan münasibətlərinə aydınlıq gətirəcək.


C qrupu
8 yanvar


Azərbaycan - Yaponiya - 1:4
Qollar: Elnur Cəfərov, 63 - Sindo, 19; Таkaqi 22, 24; Suqimoto, 58
Qırmızı vərəqə: Yusif Hakimov, 17


Yaponiya
3
3
0
0
8-2
9
Çexiya
2
1
0
1
3-3
3
Yunanıstan
2
0
1
1
1-2
1
AZƏRBAYCAN
3
0
1
2
2-7
1