“Beşiktaş” və “Fənərbaxça” istədi, “Qalatasaray” aldı
08.01.2014 - 04:58
Transfer mövsümünə sürətli başlayan “Qalatasaray” növbəti futbolçu ilə heyətini gücləndirib. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu “Əskişəhərspor”un gənc müdafiəçisi Veysəl Sarını transfer edib.
Klubu və futbolçu ilə razılığa gələn “Cim-Bom” yaxın günlərdə bu transferi rəsmiləşdirəcək. Bu keçid üçün “sarı-qırmızılar” Necati Şaşmaz və Erman Kılıc transferlərinə görə “Əskişəhərspor”un 400 min avroluq borcunu silib və Veysəl də klubdan alacağından imtina edib.
Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan 25 yaşlı sağ cinah müdafiəçisi 2009-cu ildən “Əskişəhərspor”da çıxış edirdi. O, “Beşiktaş” və “Fənərbaxça” kimi digər İstanbul nəhənglərinin də hədəfində idi.
Xatırladaq ki, “Qalatasaray” Aleks Telyes və Umut Gündoğan transferlərini reallaşdırıb. İzzət Hayroviçi isə artıq Türkiyəyə gətirib.

0
0