“Milan”ın hədəfindəki braziliyalı
08.01.2014 - 06:44
“Milan”ın hədəfindəki braziliyalı
İtaliyanın “Milan” klubu “Porto”nun futbolçusu Fernando Fransisko Rejesi heyətinə qatmaq istəyir. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, “qırmızı-qaralar” cari ilin iyununda Portuqaliya təmsilçisi ilə müqaviləsi başa çatacaq 26 yaşlı yarımmüdafiəçinin keçidini qış transfer pəncərəsində reallaşdırmaq fikrindədir.

Belə ki, “Milan”ın vitse-prezidenti Adriano Qalliani artıq bu barədə fəaliyyətə başlayıb. Klub “Yuventus”, “Napoli” və “İnter”in də hədəfində olan braziliyalı ilə tez bir vaxtda razılığa gəlmək istəyir.

Qeyd edək ki, Rejes 2007-ci ildən “Porto”da çıxış edir.