“Barselona” alman qapıçı ilə müqavilə bağlayır
08.01.2014 - 07:30
“Barselona” alman qapıçı ilə müqavilə bağlayır
Mövsüm sonu Viktor Valdeslə yolları ayıracaq “Barselona” onu əvəzləyəcək yeni qapıçını heyətinə qatmaq üzrədir. Apasport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Münhenqladbax “Borussiya”sının gənc qolkiperi Mark-Andre ter Şteqen və klubu ilə razılığa gəlib.

Belə ki, ispan klubunun yaxın vaxtlarda 21 yaşlı almaniyalı ilə 4 illik müqavilə bağlayacağı deyilir. Kataloniyalılar Şteqen üçün alman klubuna 12 milyon avro ödəyəcək.

Qeyd edək ki, Almaniya millisinin də üzvü olan gənc qapıçı “Borussiya” futbol məktəbinin yetirməsidir. O, 2011-ci ildən əsas komandada çıxış edir.