“İnter” almanlara güzəştə getdi
08.01.2014 - 10:35
“İnter”in Almaniyanın “Arminiya” klubu ilə yoxlama oyununun dəqiq tarixinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, yanvarın 5-dən Türkiyədə hazırlıq keçən “bankirlər” 2-ci Bundesliqa klubu ilə yanvarın 25-də qarşılaşacaq.
Ümumiyyətlə, bu qarşılaşma 2 tarixdə keçirilə bilərdi. “İnter” tərəfi yanvarın 22-də almanlarla görüşmək istəyirdisə, Bilefeld təmsilçisi bundan 3 gün sonra oyun keçirməyin tərəfdarı idi. Görünən odur ki, sonda Bakı klubu daha samballı olan rəqibinə güzəştə getməli olub.
Qeyd edək ki, ölkə mətbuatında “İnter”in “Arminiya” ilə oyununun səhvən yanvarın 12-də baş tutacağı yazılır. Əslində isə “bankirlər” bu tarixdə yoxlama matçı keçirməyi planlaşdırmır.

0
0