Yığmamızın Serbiya ilə oyunlarının vaxtı dəqiqləşdi
08.01.2014 - 11:03
Yığmamızın Serbiya ilə oyunlarının vaxtı dəqiqləşdi
Futzal üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışına start verilib. Apasport.az saytının məlumatına görə, Joze Alessionun yetirmələri yanvarın 3-dən 14-dək Bakıda, 15-dən 26-na qədər isə Serbiyada hazırlıq keçəcək.

Toplanış çərçivəsində yığmamız yanvarın 22-də və 23-də Serbiya millisi ilə yoldaşlıq oyunu keçirəcək. Artıq bu qarşılaşmaların vaxtı da dəqiqləşib. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Futzal üzrə yığma komandamız yanvarın 28-dən fevralın 9-dək Belçikanın Antverpen şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək. C qrupunda yer alan millimiz yanvarın 31-də Sloveniya, fevralın 2-də isə İtaliya yığmaları ilə qarşılaşacaq.

Qeyd edək ki, dekabrın 3-dən 13-dək İstanbulda təlim-məşq toplanışında olan millimiz Türkiyə yığması ilə 2 yoldaşlıq oyunu keçirib. İlk oyunda 4:1 hesabı ilə qələbə qazanan komandamız ikinci qarşılaşmada 4:6 hesabı ilə məğlub olub.

Mənbə: affa.az