“Xəzər Lənkəran”a sabah afrikalı futbolçu qoşulacaq
08.01.2014 - 11:20
Artıq 3 gündür ki, qış təlim məşq toplanışı çərçivəsində Türkiyənin Antalya şəhərində məskunlaşan “Xəzər Lənkəran” gündə 2 dəfə olmaqla məşqlərini davam etdirir. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mustafa Dənizlinin rəhbərliyi altında keçirilən məşqlərdə futbolçular fiziki və taktiki çalışmaları yerinə yetirir.
Dünən səhər məşqinin vaxtını uzadan Dənizli axşam məşqini təxirə salaraq futbolçulara istirahət verməyi qərara alıb. Səhər məşqində ilk olaraq fiziki çalışmaları yerinə yetirən futbolçular daha sonra 3 qrupa bölünərək ikitərəfli oyun oynayıb ki, türkiyəli baş məşqçinin tez-tez müdaxilə etdiyi oyunda əsasən sürətli kombinasiyalara üstünlük verilib.
Bu gün yenidən 2 məşq keçirəcək komandada hazırda zədəli futbolçu yoxdur. Toplanışa viza problemi üzündən qatıla bilməyən Sadio Tunkara da sabahdan “Xəzər Lənkəran”a qoşulacaq.

0
0