“İnter”in daha bir rəqibinin adına aydınlıq gəldi
08.01.2014 - 12:12
Yanvarın 5-dən Türkiyədə təlim-məşq toplanışında olan “İnter”in yoxlama oyunlarındakı rəqiblərindən birinin də adına aydınlıq gəlib. Apasport.az saytının əldə etdiyi məlumata görə, “bankirlər” yanvarın 18-də Qazaxıstanın “İrtış” klubu ilə qarşılaşacaq.
Başa çatmış Qazaxıstan Premyer Liqasını “İrtış” 24 xalla 6-cı pillədə başa vurub. İlk “altılıq”da mübarizə aparmış Pavlodar təmsilçisinin aktivindən müəyyən səbəb üzündən 3 xal çıxılmasaydı, indi “İrtış” ölkəsinin gücünə görə 4-cü komandası idi. Qazaxların “Ertis” olaraq adlandırdığı komandanı Talqat Baysufinov çalışdırır.
Bu komanda cari mövsüm Avroliqanın I təsnifat mərhələsində “Levski”ni turnirdən uzaqlaşdırıb (2:0, 0:0). Pavlodarlılar “Şiroki Briyeq”ə də evdə 3:2 hesabı ilə qalib gəlsə də, səfərdə 0:2 hesablı yenilgi mərhələ keçməyə mane olub.
Qeyd edək ki, “İnter”in digər rəqibləri alman klublarıdır. Paytaxt təmsilçisi yanvarın 15-də “Holştayn”, 25-də isə “Arminiya” ilə gücünü sınayacaq. Yanvarın 11-i və 22-dəki rəqiblərin adları isə hələ ki bilinmir.

0
0