İbrahim Üzülməz: Mustafa Dənizlidən səs çıxmadı
08.01.2014 - 12:52
İbrahim Üzülməz: Mustafa Dənizlidən səs çıxmadı
“Yəqin ki, “Xəzər Lənkəran”da çalışmayacağam”. Bu sözləri apasport.az saytına açıqlamasında Türkiyə millisinin və “Beşiktaş” klubunun sabiq üzvü İbrahim Üzülməz deyib.

“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli Oğuz Çətinlə yanaşı, “Beşiktaş”da rəhbərliyi altında oynamış və “Çaykur Rizəspor”da bərabər çalışdığı Üzülməzi də yanında olmasını istəyirdi. Hətta, 39 yaşlı mütəxəssis əməkdaşımızla söhbətində Dənizli ilə anlaşdıqlarını, son sözü “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovun deyəcəyini bildirmişdi.

Lakin Üzülməz böyük ehtimalla, “Xəzər Lənkəran”a gəlişinin baş tutmayacağını söyləyib: “Xəzər Lənkəran”a gəlişimlə bağlı Mustafa Dənizlidən səs çıxmadı. Bu isə o deməkdir ki, Azərbaycanda çalışmayacağam”.

Qeyd edək ki, İbrahim Üzülməzin “Xəzər Lənkəran”a gəlişi baş tutsaydı, Emin Quliyev məşqçilər korpusunu tərk etməli olacaqdı.