“Əskişəhərspor” “Xəzər Lənkəran”dan nə istəyir?
08.01.2014 - 13:01
“Əskişəhərspor” “Xəzər Lənkəran”dan nə istəyir?
Türkiyə Superliqasında mübarizə aparan “Əskişəhərspor” klubu “Xəzər Lənkəran”a müraciət edib. Apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, qardaş ölkə təmsilçisi cənublularla yoxlama matçı keçirtmək istəyir.

Lakin “ağ-yaşıllar”ın baş məşqçisi Mustafa Dənizli müraciətə cavab olaraq, bu barədə fikirləşəcəyini və 1-2 gün ərzində qəti qərar verəcəyini söyləyib.

Qeyd edək ki, “Xəzər Lənkəran” Türkiyədə cəmi 2 yoxlama matçı keçirməyi planlaşdırır. İlk qarşılaşmadakı rəqib artıq məlumdur. Belə ki, cənublular böyük ehtimalla, “Çaykur Rizəspor”la görüşəcək. Bu matç yanvarın 14-də və ya ertəsi gün baş tutacaq. “Xəzər Lənkəran”ın 2-ci oyununun vaxtı və rəqib isə hələ dəqiqləşməyib.