“İrtış”ın baş məşqçisi: “İnter” daha güclüdür
08.01.2014 - 13:14
“İrtış”ın baş məşqçisi: “İnter” daha güclüdür
“Təlim-məşq toplanışında yaxın günlərdə yoxlama oyunları keçirməyi planlaşdırmışıq. Biz 3 hazırlıq matçı keçəcəyik”. Apasport.az saytının məlumatına görə, bunu Qazaxıstanın “İrtış” klubunun baş məşqçisi Talqat Baysufinov deyib.

“İrtış” dünəndən Türkiyədə hazırlıqlara başlayıb. Yanvarın 22-dək qardaş ölkədə hazırlıq keçəcək Pavlodar təmsilçisi ayın 18-də “İnter”lə gücünü sınayacaq.

Baysufinov ölkəsinin mətbuatına verdiyi müsahibəsində çalışdırdığı komandanın hazırlıq planlarından, yeni transferlərdən danışıb. O, yoxlama oyunlardakı rəqiblərdən “İnter”in adını çəkməsə də, təmsilçimizin güclü komanda olduğunu bildirib: “Toplanış cəlbedici olacaq. Uşaqlara oyun ritminə düşmək lazımdır. İlk 2 matçı biz Türkiyə komandalarına qarşı keçirəcəyik. 3-cü rəqib isə belə deyək, daha güclü olacaq”.