Yığmamızın bir rəqibi 3:0 qalib gəldi, digəri 0:3 uduzdu
08.01.2014 - 14:04
Futzal üzrə millimizin Avropa çempionatında qrupdakı rəqiblərindən olan İtaliya və Sloveniya yığmaları yoldaşlıq oyunları keçirib. Apasport.az saytının məlumatına görə, İtaliyanın San-Vito- al-Talyamento kommunasında keçirilən görüşdə Apennin təmsilçisinin rəqibi Slovakiya olub.
Görüş italyanların 3:0 hesablı qələbəsi ilə başa çatıb. İtaliya Avropa çempionatı öncəsi son yoldaşlıq matçını da bu gün Slovakiyaya qarşı keçirəcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
Millimizin digər rəqibi Sloveniya isə Avropa çempionatını qazanmağa əsas namizədlərdən olan İspaniya ilə qarşılaşıb. Ötən ay Portuqaliyanı səfərdə məğlub etməyi (4:2) bacaran Sloveniya bu dəfə sensasiya edə bilməyib. Düzdür, keçmiş Yuqoslaviya təmsilçisi ilk oyunda ispanlarla heç-heçə etməyi bacarıb – 5:5. Ancaq tərəflərin cavab qarşılaşmasında İspaniya 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, yanvarın 15-də Belqrada yola düşəcək millimiz həmin ayın 22-si və 23-də Serbiya millisi ilə yoldaşlıq oyunları keçirəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

0
0