Adamla antirekord
08.01.2014 - 14:11
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, qrup mərhələsini 1 xalla başa vuran yığmamız yarışda çıxış etdiyi 6 il ərzində ən pis nəticəsini göstərib.
Belə ki, Rusiyanın Sankt-Peterburq şəhərindəki yarışa ilk dəfə 2009-cu ildə qatılan komandamız hər dəfə qrupda ən azı 2 xal toplayırdı. Bu dəfə isə Yunanıstandan 1 xal alan (1:1) Nikolay Adamın yetirmələri millimiz Çexiyaya 0:2, Yaponiyaya 1:4 hesabı ilə uduzub.
Yığmamızın qrup mərhələsindəki nəticələri

il | O | Q | H | M | T/F | X |
2009 | 3 | 1 | 0 | 2 | 1-3 | 3 |
2010 | 3 | 0 | 2 | 1 | 3-4 | 2 |
2011 | 3 | 0 | 2 | 1 | 1-4 | 2 |
2012 | 2 | 1 | 0 | 1 | 2-8 | 3 |
2013 | 3 | 1 | 1 | 1 | 4-5 | 4 |
2014 | 3 | 0 | 1 | 2 | 2-7 | 1 |
0
0