10-cu məğlubiyyət, 3-cü darmadağın
08.01.2014 - 15:18
Azərbaycan milli komandası Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə 3-cü dəfə böyük hesabla uduzub. Apasport.az saytının məlumatına görə, Rusiyanın Sankt-Peterburq şəhərindəki turnirdə çıxış edən U-19 yığmamızın bu gün Yaponiyadan aldığı yenilgi 3-cü darmadağın olub. Bunadək komandamız Çin və Finlandiya qarşısında aşkar aciz olmuşdu.
07.01.2011. Çin - 0:3
04.01.2012. Finlandiya - 0:7
08.01.2014. Yaponiya - 1:4
Ümumilikdə isə bu yenilgi millimizin turnirdə 10-cu – yubiley məğlubiyyətidir. Turnirdə 24 matça çıxan komandamız 4 qələbə qazanıb və 10 dəfə heç-heçə edib. Bu qarşılaşmalarda 21 top vuran yığmamız 39 dəfə topu qapısından çıxarıb.

0
0