“Simurq”un məşqçisi işindən çıxarıldı! - FOTO
08.01.2014 - 15:32
“Simurq”un məşqçisi işindən çıxarıldı! - FOTO
“Simurq”un məşqçilər heyətində dəyişiklik olunub. Apasport.az saytının əldə etdiyi məlumata görə, Zaqatala təmsilçisində seleksiyaçı-məşqçi kimi çalışan Mehman Hacıyev işindən azad olunub.

“Simurq” bu gün Türkiyəyə təlim-məşq toplanışına yollanıb. Komandanın məşqçilər heyətində yer alan Hacıyev isə qardaş ölkəyə aparılmayıb. Halbuki onun müqaviləsinin xitam olunmasına hələ 6 ay qalmışdı.

Qeyd edək ki, Mehman Hacıyev “Kəpəz”in əvəzedici komandasında baş məşqçi və Mahmud Qurbanovun köməkçisi işlədikdən sonra yayda “Simurq”da bu vəzifəyə təyin olunmuşdu. Onun vəzifəsi “Simurq”un müxtəlif yaş qruplarına istedadlı gənclərin axtarıb tapılması və komandaya cəlb edilməsi idi.