FIFA-nın baş katibi: DÇ-2022 qışda keçiriləcək
08.01.2014 - 15:40
2022-ci ildə Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatı qışda keçiriləcək. Apasport.az saytının məlumatına görə, belə bir bəyanatla FIFA-nın baş katibi Jerom Valke çıxış edib.
“Dünya çempionatı iyun və iyul aylarında baş tutmayacaq. Mundial 15 noyabr - 15 yanvar aralığında keçiriləcək” – Valke bildirib.
Qeyd edək ki, FİFA mundialla bağlı yekun qərarını ötən ilin oktyabrında baş tutan İcraiyyə Komitəsinin iclasında verməli idi. Lakin məsələ hələ də açıq qalmaqdadır.

0
0