“Neftçi”də çalışdığım müddətdə işimə müdaxilə olmayıb”
08.01.2014 - 15:55
“Neftçi” son 3 mövsümün çempionudur və hədəf yenə birincilikdir. Mən isə hazırki şəraitdə komandanı çempion edəcəyimi düşünmürəm. Ona görə də bu gün istefa ərizəmi klub prezidentinə təqdim etdim”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”dən istefa vermiş Nazim Süleymanov deyib.
Bu gün Nazim Süleymanov istefa ərizəsini klub prezidenti Sadıq Sadıqova təqdim edib və bu qəbul olunub. Süleymanov istefası ilə bağlı klubun rəsmi saytına açıqlama verib: “Neftçi”də çalışdığım müddətdə işimə heç kim tərəfindən müdaxilə olmayıb və qısa müddətdə birgə işlədiyim bütün kollektivə təşəkkür edirəm. Klub prezidenti Sadıq Sadıqova minnətdarlığımı bildirirəm ki, mənim qərarımı anlayışla qarşıladı. Mənim üçün hər zaman doğma olan “Neftçi”yə gələcək oyunlarda uğurlar arzu edirəm”.
Qeyd edək ki, komandanın məşq prosesinə rəhbərlik fiziki hazırlıq üzrə ispaniyalı məşqçi Ruben Selyesə tapşırılıb.

0
0