“Neftçi” yenə “Zəif”lədi
08.01.2014 - 15:56
“Neftçi” yenə “Zəif”lədi
Nazim Süleymanovun müəmmalı istefasından sonra “Neftçi”nin yeni baş məşqçisi bəlli olub. Apasport.az saytının xəbərinə görə, “ağ-qaralar”ı yenidən Böyükağa Hacıyev çalışdıracaq.

“Neftçi”yə ikinci qayıdışı olan Hacıyev Çempionlar Liqasının I təsnifat mərhələsində “Skenderbeu” (Albaniya) ilə oyundakı uğursuzluğa görə istefa verdikdən sonra klub prezidenti Sadıq Sadıqovun müşaviri postunda çalışırdı.

Ondan sonra baş məşqçi postu Tərlan Əhmədova tapşırılsa da, o, “Xəzər Lənkəran”la Superkubok matçında məğlubiyyətdən sonra “ağ-qaralar”dan ayrılmaq məcburiyyətində qaldı.

Sonradan bu posta Nazim Süleymanov gətirilsə də, o da “Zəif” ləqəbli mütəxəssis Böyükağa Hacıyevin müdaxiləsindən sonra postundan ayrıldı.