“Qırmızı vərəqə olmasaydı, yaxşı nəticə əldə edə bilərdik” - MÜSAHİBƏ
08.01.2014 - 16:00
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI turnirdə 1996-cı il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması Yaponiya millisinə 1:4 hesabı ilə uduzdu. Apasport.az saytı xəbər verir ki, oyundan sonra komandamızın baş məşqçisi Nikolay Adam məğlubiyyətə şərh verib.
- Yaponiya millisini həm qələbə, həm də qrup qalibi olması münasibəti ilə təbrik edirəm. təbrik edirəm. Oyunu qiymətləndirmək mənim üçün çətindir. Belə ki, aldığımız qırmızı vərəqə matçın bütün görünüşünü dəyişdi. Hakimlik barədə bir söz demək istəmirəm.
Ancaq mənə elə gəlir ki, həmin epizoddan əvvəl oyundan kənar vəziyyət vardı. Ümumilikdə götürsək, digər oyunlarla müqayisədə, taktikamızı dəyişmişdik. Düşünürəm ki, qırmızı vərəqə olmasaydı, yaxşı nəticə əldə edə bilərdik.
- Mətbuat konfransından öncə futbolçularla danışmaq üçün bizdən 2 dəqiqə vaxt istədiniz. Onlara nə söylədiniz?
- Üzr istəyirəm, ancaq bu, açıqlaya bilməyəcəyim məlumatıdır. Düşünürəm ki, futbolçulara fikrimi çatdırmaq üçün lazımı sözlər tapa bildim. Onların azlıqda qalandan sonra ikinci hissədə necə oynadıqlarını gördünüz.
- Bu turnirdə hansı problemlər sizə daha çox çətinlik törətdilər?
- Bütöv turniri götürsək, təqvim. 8 gün ərzində 5 oyun – bu, çox çətindir. Üstəlik, bizdə heyətin yarısının yaşı 17 yaşdan azdır. Bu yaşda bu cür yükləmələrin öhdəsindən gəlmək çətindir. Digər problemlər isə uyğunlaşma və zədələrlə bağlı idi.
- Pley-offda kiminlə oynamaq istəyirsiniz və taktiki sxemi dəyişəcəksinizmi?
- Sxemə gəlincə, baxarıq. Bircə onu deyə bilərəm ki, digər matçlarda olduğu kimi, qələbəyə oynayacağıq.

0
0